Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)

Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)

Tarix: 25 Noyabr 2020 12:54

Bakı. Samir Əli - Trend:

Şəhid polkovnik Babək Səmidli millətini, bayrağını, xalqını sevən bir igid idi, bir dost kimi isə ləyaqətli sirdaş, yaxın bir silahdaş idi.

Trend-in məlumatına görə, bunu 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov bir neçə gün əvvəl Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidli haqqında danışarkən deyib.

General-mayor bildirib ki, Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib: "Aprel döyüşlərində də, bu döyüşlərdə də o bizimlə çiyin-çiyinə döyüşüb. Həmişə bir söz deyərdik - Birincisi Allah üçün, dövlət üçün, millət üçün, Ali Baş Komandanımız üçün, sındırılmış qürurumuzu yüksəltmək üçün bu savaşa giririk, bu yolun geri addımı yoxdur. Uca rəbbimə şükürlər olsun ki, bu zəfəri bizə nəsib etdi. Bu zəfərin sayəsində artıq biz məğlub ordu, məğlub millət, qüruru ləkələnmiş millət deyilik. Bunların hamısı Babək başda olmaqla qanını dövləti və milləti üçün fəda edən bütün şəhidlərimizin, heç bir maraq güdmədən canını verən qardaşlarımın sayəsindədir. Onlar ölməyiblər. Babək Səmidli döyüşlərdə ən çətin məqamlarda mənim yanımda olub. Hətta döyüşün gedişatında elə bir məqam olub ki, o məni yenidən həyata qaytarıb, vaxtında xəstəxanaya çatdırıb. Həmişə buna görə ona təşəkkür edirdim".


Etiketlər:  Döyüşdə elə məqam olub Babək Səmidli məni həyata qaytarıb Korpus komandiri VİDEO


RƏYLƏR