Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlandı

SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlandı

Tarix: 25 Noyabr 2020 18:56

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qara dənizdə yerləşən Kulevi limanındakı terminalından 2008-ci il mayın 16-dan bu günədək 27 milyon 532 min ton məhsul aşırılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, bu ilin üçüncü rübünün yekunlarına əsasən, aşırma həcmi 407 573 ton təşkil edib.

Qeyd edək ki, Gürcüstanın Kulevi limanındakı neft terminalı xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, azkükürdlü dizel yanacağı, sənaye nefti və kondensatın aşırılması üçün istifadə olunur.

Milli.Az


Etiketlər:  SOCAR ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ