Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada ''Boeing 737-8 MAX'' təyyarəsinin istifadəsi bərpa edilir

Braziliyada ''Boeing 737-8 MAX'' təyyarəsinin istifadəsi bərpa edilir

Tarix: 26 Noyabr 2020 06:12

Bakı. Trend:

Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) iki qəzadan sonra istifadəsi təxminən il yarım əvvəl dayandırılan "Boeing 737-8 MAX" modelinin uçuşlarını bərpa etməyə icazə verdi.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə aviatənzimləyicisinin məlumatında ​​deyilir.

""Agentlik ABŞ-ın Federal aviasiya idarəsinin təhlükəsizlik məsələsini həll etmək üçün lazım olan bütün texniki və tənzimləyici elementlərin tətbiq olunduğu qiymətləndirilməsi ilə razılaşdı və 20 Noyabrda verilən uçuşa uyğunluq direktivini qəbul etdi" - məlumatda deyilir.

Bildirilir ki, hazırda ölkənin yalnız "Gol" aviadaşıyıcısı bu təyyarələrdən istifadə edir.


Etiketlər:  Braziliyada Boeing təyyarəsinin istifadəsi bərpa edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ