Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 08:15
Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclası zamanı bildirlib.
İclasın yekunu ilə bağlı yayılan açıqlamada , Azərbaycanın vətən torpaqlarını geri almasından məmnuniyyət ifadə edilib.
İmzalanan məlum atəşkəs anlaşmasının həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təsis edilməsinə Türkiyənin göstərəcəyi səylərin önəmli vurğulanıb.