Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 14:06
Bakı. Trend:
Ermənistan qoşunlarının Azərbaycan torpaqlarının işğalı müddətində törətdikləri bütün terror aktları ilk növbədə, Avropa Şurası Parlament Assambleyası və ABŞ Dövlət Departamenti tərəfindən pislənməlidir.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərində indi müşahidə olunanlar onu göstərir ki, Ermənistanın terrorçu rəhbərliyi və silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri indiyədək görünməmiş barbarlıqla yandırılıb və dağıdılıb:
“Azad edilmiş ərazilərdən əld olunan videokardlardan dağıntılar açıq-aşkar görünür. Azərbaycanın suveren ərazisinin 20 faizinin işğal altında saxlanması kütləvi etnik təmizləmə ilə müşayiət olunmuş qorxunc aktdır. Bütün bu aktlar ilk növbədə, Avropa Şurası Parlament Assambleyası və ABŞ Dövlət Departamenti tərəfindən pislənməlidir”.
O, əlavə edib ki, azad edilmiş Kəlbəcər rayonunda Ermənistanın törətdiyi ekoloji terroru dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır:
“Onilliklər boyunca rayonda meşə örtüyü məhv edilib, faydalı qazıntı yataqları istismar olunub. Erməni qoşunları Azərbaycanın suveren ərazilərinin hər bir qarışından çıxmalıdır”.