Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 14:12
Bakı. Trend:
Bir neçə gün öncə Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla, ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” QSC-yə ilkin olaraq 5 milyon manat ayrılıb.
Bəs Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə bölgənin nəqliyyat infrastrukturunun bərpası işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatının canlanmasına necə təsir göstərəcək?
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov və turizm sahəsi üzrə ekspert Ruslan Quliyev sözügedən məsələni şərh edib. Daha ətraflı videoda: