Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 19:04
Bakı. Sədrəddin Ağcayev - Trend:
“MiMobile” şirkətinin satışlarının böyük hissəsi onlayn satışların payına düşür.
Bunu Trend-ə şirkətin Azərbaycandakı kommersiya direktoru Cümşüd Əliyev deyib.
Onun sözlərinə görə, 2020-ci ilin yanvar-oktyabr aylarında onlayn satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 50-60 faiz artıb. Ümumilikdə “MiMobile” şəbəkəsinin satışları 12 faiz artıb:
“Satışların artmasına baxmayaraq, “MiMobile” ölkəmizdəki digər şirkətlər kimi COVID-19 infeksiyası ilə əlaqədar problemlərlə üzləşib. İlk növbədə bu, qurğuların bilavasitə Çində istehsal olunması, logistika ilə bağlı tədarük problemləri olub. Bununla əlaqədar daşıma qiymətləri 2-3 dəfə artıb”.
O qeyd edib ki, nə pandemiya, nə də ölkəmizdəki hərbi vəziyyət məhsulların qiymətlərinin formalaşmasında əhəmiyyətli rol oynamayıb:
“Biz yekun qiymətləri dəyişməmişik, bəzən isə satışlar azaldığı üçün aşağı salmışıq. Pandemiya və karantin tədbirləri başa çatandək biz yeni bir şey planlaşdırmırıq. Çünki indi satış tempini dəstəkləmək, azalmanın qarşısını almaq və kollektivi qoruyub saxlamaq lazımdır”.