Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 19:33
Bakı. Samir Əli - Trend:
Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrindən istifadə olunur.
Noyabrın 26-da isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.
“Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifənin saxta səhifələrdən ayırd edilməsidir.
Məsələ ilə bağlı Baş Prokurorluğunun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" səhifəsinin rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənməsinə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən yardım olunduğu bildirildi.