Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın yeni tankının son sınaqları keçirilir

İranın yeni tankının son sınaqları keçirilir

Tarix: 26 Noyabr 2020 20:12

İranın yeni istehsalı olan Kərrar tankı son sınaqlardan sonra quru qoşunlarının istismarına veriləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, son sınaqdan sonra hərbi texnikanın kütləvi istehsalına başlanacaq və ordu müasir tanklarla yerli istehsal hesabına təmin ediləcək.

Qeyd edək ki, Kərrar tankı barədə məlumat ictimaiyyətə ilk dəfə 2017-ci ildə verilib.

Bildirilib ki, yeni tank müasir texnologiyaya əsasən, optik-elektron sistem, hədəfi vurmaq üçün lazer məsafəölçənlə təchiz olunub.

Tank gecə vaxtı hərəkət edən və etməyən hədəfləri aşkarlamaq və məhv etmək imkanına malikdir.

Milli.Az


Etiketlər:  İranın yeni tankının son sınaqları keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ