Tarix: 9 Iyul 2019 02:00
“Fənərbaxça” “Rizəspor”dan transfer etdiyi kosovalı hücumçu Vedat Muriqi ilə müqavilə imzalayıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı forvard 4 illik müqaviləyə qol çəkib. Muriqi yeni komandasında 94 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Kosovo millisinin üzvü 2018-ci ildə "Əskişəhərspor"dan "Rizəspor"a keçmişdi. O, ötən mövsüm 34 oyuna çıxıb, 17 qola imza atıb, 8 məhsuldar ötürmə edib.