Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Premyer Liqasında bir dəqiqəlik sükut olsun – FİFA-dan çağırış

Azərbaycan Premyer Liqasında bir dəqiqəlik sükut olsun – FİFA-dan çağırış

Tarix: 28 Noyabr 2020 08:40

FİFA-ya üzv olan bütün ölkələrin çempionatlarında keçirilən oyunlarda bir dəqiqəlik sükut elan oluna bilər.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, ali futbol qurumu bununla bağlı quruma üzv olan 211 milli assosiasiyaya çağırış edib.

FİFA əfsanəvi Dieqo Maradonanın xatirəsinin bütün ölkələrdə yad edilməsini istəyib: "Biz qarşıdakı və ya növbəti həftəsonu keçiriləcək hər futbol oyununda bir dəqiqəlik sükut elan olunmasına çağırırıq ki, bütün zamanların ən böyük futbol simalarından birinin xatirəsi yad edilsin".

Nəzərə alsaq ki, AFFA da FİFA-nın üzvüdür və bu çağırışına müsbət cavab verərsə, PFL Azərbaycan Premyer Liqasının oyunlarında bir dəqiqəlik sükut elan edəcək.

Qeyd edək ki, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi noyabrın 25-də 60 yaşında vəfat edib.


Etiketlər:  Azərbaycan Premyer Liqasında dəqiqəlik sükut olsun FİFA çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ