Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış şirkətin 130 min cərimələnməsi ilə bağlı qərar verildi

Tanınmış şirkətin 130 min cərimələnməsi ilə bağlı qərar verildi

Tarix: 28 Noyabr 2020 15:00

Azərbaycanda "Hell" energetik içkilərinin idxalını və satışını həyata keçirən "Coast Castle" MMC-nin 67 200 avro (təxminən 130 min manat) cərimələnməsi barədə məhkəmə çəkişməsi davam edir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət 2019-cu ildə  Maliyyə Bazarlarına Nəzarət Palatasının protokolu əsasında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cərimlənib.

MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham edilib.

"Coast Castle" MMC-nin qərarın icrasına xitam verilməsinə dair verdiyi vəsatət noyabrın 18-də Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin edilməyib.

Şirkət bu qərardan da apelyasiya şikayəti verib. Noyabrın 26-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayevin qərarı ilə iş hərəkətsiz saxlanılaraq birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, "Coast Castle" MMC Macarıstanda istehsal olunan "Hell" energetik içkisinin Azərbaycanda distributorudur.


Etiketlər:  Tanınmış şirkətin cərimələnməsi ilə bağlı qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ