Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moldova prezidenti hökuməti istefaya çağırdı

Moldova prezidenti hökuməti istefaya çağırdı

Tarix: 30 Noyabr 2020 13:28

Bakı. Orxan Nəbiyev - Trend:

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu baş nazir İon Kikunun rəhbərlik etdiyi hökumətin gələn il üçün dövlət büdcəsi təsdiq olunduqdan sonra istefaya getməli olduğunu bəyan edib.

Trend-in məlumatına görə, prezident bildirib ki, hazırkı hökumət sabiq prezident İqor Dodonun formalaşdırdığı hökumətdir və seçkilərdə məğlub olduğu üçün istefa verməlidir.

Qeyd edək ki, Maya Sandu noyabrın 15-də keçirilmiş prezident seçkilərinin ikinci turunda 57,7 faiz səs toplayaraq Moldovanın ilk qadın prezidenti seçilib.


Etiketlər:  Moldova prezidenti hökuməti istefaya çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ