Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 komanda 1/8 finalın astanasında - “Başakşəhər” xal itirməməlidir

8 komanda 1/8 finalın astanasında - “Başakşəhər” xal itirməməlidir

Tarix: 30 Noyabr 2020 14:50

Sabah Çempionlar Liqasında V tura start veriləcək.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, iki gün ərzində 8 qrupda 16 oyun keçiriləcək.

Türkiyə təmsilçisi "Başakşəhər" öz meydanında "Leypsiq"lə qarşılaşacaq. İstanbul klubu 1/8 final şansını qorumaq üçün mütləq qalib gəlməlidir. İstənilən xal itkisi qardaş ölkə təmsilçisinin Çempionlar Liqası ilə vidalaşması ilə nəticələnəcək.  "Başakşəhər"in Avropa Liqası şansı da bu tur bitə bilər. İstanbullular uduzsa, PSJ isə xal qazansa və ya türkiyəlilər xal, Fransa təmsilçisi qələbə əldə etsə, Okan Burukun yetirmələri qrup sonuncusu olacaq.

H qrupunda 1/8 finala ilk vəsiqəni qazanmağa yaxın olan "Mançester Yunayted" PSJ-yə uduzmasa, qrupdan çıxacaq. İngiltərə klubu hətta 1-ci yeri də təmin edə bilər.

Mançesterlilər kimi, daha 7 klub 1/8 finala vəsiqəni bu turda təmin edə bilər. "Atletiko" A, Mönhenqladbax "Borussiya"sı və "Real" B, "Porto" C, "Liverpul" D, "Latsio" və Dortmund "Borussiya"sı F qrupundan çıxmağa yaxındır.

"Lokomotiv", "Zalsburq", "Şaxtyor", "İnter", "Olimpiakos" və "Brügge" isə "Başakşəhər" kimi Çempionlar Liqası ilə vidalaşa bilər. Onlara qədər "Marsel", "Midtulland", "Renn", "Krasnodar", "Zenit", Kiyev "Dinamo"su və "Ferensvaroş" bu taleyi yaşayıb.

Qeyd edək ki, "Bavariya", "Sevilya", "Çelsi", "Mançester Siti", "Yuventus", "Barselona" artıq 1/8 finala yüksəlib.

Çempionlar Liqası
Qrup mərhələsi
 

V tur
1 dekabr

A qrupu
21:55. "Lokomotiv" (Rusiya) - "Zalsburq" (Avstriya)
00:00. "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)

B qrupu
21:55. "Şaxtyor" (Ukrayna) - "Real" (İspaniya)
00:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "İnter" (İtaliya)

C qrupu
00:00. "Marsel" (Fransa) - "Olimpiakos" (Yunanıstan)
00:00. "Porto" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)

D qrupu
00:00. "Liverpul" (İngiltərə) - "Ayaks" (Niderland)
00:00. "Atalanta" (İtaliya) - "Midtülland" (Danimarka)

2 dekabr
E qrupu

21:55. "Krasnodar" (Rusiya) - "Renn" (Fransa) 
00:00. "Sevilya" (İspaniya) - "Çelsi" (İngiltərə)

F qrupu
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Latsio" (İtaliya)
00:00. "Brügge" (Belçika) - "Zenit" (Rusiya)

G qrupu
00:00. "Yuventus" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
00:00. "Ferensvaroş" (Macarıstan) -  "Barselona" (İspaniya)

H qrupu
21:55. "Başakşəhər" (Türkiyə) - "Leypsiq" (Almaniya)
00:00. "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)


Etiketlər:  komanda finalın astanasında Başakşəhər itirməməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ