Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)

Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)

Tarix: 30 Noyabr 2020 23:35

Bakı. Trend:

“Narimanfim” kinostudiyasının direktoru, Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov 2020-ci il noyabrın 27-də 13-cü Global Film Festival Noida və MARWAН STUDIOS (Hindistan) tərəfindən kinematoqrafiyanın irəliləyişi işində göstərdiyi əməyinə görə “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub.

Trend-in məlumatına görə, 13-cü Global Film Festival Noida 2020-ci il noyabr ayının 26-28 tarixlərində Hindistanda, Noida şəhərində yerləşən MARWAН STUDIOS-da keçirilimişdir. Bu, tələbələr, entuziastlar və kino professionalları daxil olmaqla, bütün dünya kinematoqrafiya cəmiyyəti ilə birlikdə kinonun gücünü tərənnüm edən ən böyük və tanınmış festivallardan biridir. Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər. Festivalın prezidenti məşhur Hindistan rejissoru, prodüseri, jurnalisti, həmçinin, Asiya Kino və Televiziyası Akademiyasının təsisçisi və prezidenti cənab Sandip Marvadır.

Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO) - Gallery Image Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO) - Gallery Image


Etiketlər:  Nəriman Məmmədov Kinematoqrafiya uğurlarına görə beynəlxalq mükafatı ilə təltif olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ