Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 16:08
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti postuna namizədliyin verilməsi müddəti başa çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, qarşıdakı seçkilərdə yalnız bir namizəd olacaq.
Bu, qurumun hazırkı rəhbəri Tomas Baxdır. Almaniyalı prezident seçkilərində yeganə namizəd olacaq.
Yeni prezident səlahiyyətlərinin 4 illik müddəti iyulun 23-dən avqustun 8-dək keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından sonra başlayacaq.
Qeyd edək ki, 66 yaşlı almaniyalı 2013-cü ildən qurumun başçısıdır.