Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikroçip yaradıcıları “Alman gələcəyi” mükafatına layiq görülüb

Mikroçip yaradıcıları “Alman gələcəyi” mükafatına layiq görülüb

Tarix: 1 Dekabr 2020 20:20

Mikroçiplərin hazırlanması üzrə innovativ texnologiya hazırlayan tədqiqatçılar qrupu Almaniyanın ən əsas elmi mükafatına - "Alman gələcəyi" mükafatına layiq görülüb. Bu barədə "DW" telekanalının məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mükafatı "Zeiss", "Trumpf" şirkətlərini və Yena şəhərində yerləşən Fraunqofer adına Tətbiqi Optika və Dəqiq Mexanika İnstitutunu təmsil edən tədqiqatçılar Peter Kyurts, Mixael Kesters və Sergey Yulinə təqdim edib.

Tədqiqatçılar qrupunun fəaliyyətini şərh edən iqtisadiyyat naziri Peter Altmayer qeyd edib ki, onlar mikroçiplərin məhsuldarlığını avtonom avtomobil idarəetməsi və süni intellekt kimi istiqamətlər üçün lazım olan səviyyəyə çatdırıblar. Məsələn, bunun üçün tədqiqatçılar tərəfindən nanoelektronikanın ən perspektivli istiqamətlərindən biri olan dərin ultrabənövşəyi fotolitoqrafiya metodundan istifadə edilib.

Mükafatın bir hissəsinin (təxminən 250 min avro) xeyriyyəçilik məqsədləri üçün ayrılması planlaşdırılır.

"Alman gələcəyi" mükafatı 1997-ci ildən ənənəvi olaraq Almaniya Prezidenti tərəfindən təqdim olunur.


Etiketlər:  Mikroçip yaradıcıları Alman gələcəyi mükafatına layiq görülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ