Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 17:32
Bakı. Trend:
“AccessBank”da yeni icraçı direktorlar təyin edilib. Bunlar Bankın İnsan Resursları üzrə İcraçı Direktoru Nigar Hüseynzadə və İnformasiya Texnologiyaları üzrə İcraçı Direktoru Zəhra Zeynalovadır.
Qeyd edək ki, Nigar Hüseynzadə “AccessBank”da fəaliyyətə 2019-cu ildə İnsan Resursları Departamentinin Rəhbəri kimi başlayıb. Bundan öncə isə uzun illər telekommunikasiya sahəsində insan resursları istiqamətində rəhbər vəzifələrdə işləyib.
Zəhra Zeynalova artıq 14 ildir ki, “AccessBank”da fəaliyyət göstərir. O, bu illər ərzində sıravi əməkdaşdan İnformasiya Texnologiyaları Departamentinin Rəhbəri vəzifəsinə qədər yüksəlib.
Qeyd edək ki, “AccessBank”ın səhmdarları və rəhbərliyi gender bərabərliyi məsələlərinə xüsusi diqqət yetirir. Hazırda Bankın İdarə Heyətinin tərkibi 3 üzvdən ibarətdir, İcraçı Direktorların sayı isə 5 nəfərdir. 8 nəfərdən ibarət olan ümumi rəhbərliyin 4 üzvü qadındır.