Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 19:24
"Məlum səbəblərə görə az oyunçumuz var. 13-14 sağlam futbolçu qalıb".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Makkabi" (Təl-Əviv) ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Baş məşqçi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün onu əvəzləyən məşqçi Mahir Emrelinin də virus səbəbindən sabahkı görüşdə iştirak etməyəcəyini bildirib: "Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.