Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanlı göz yaşları

Qanlı göz yaşları

Tarix: 3 Dekabr 2020 07:42

Bu xəstəliyin tibbi adı hemolakriyadır. Xəstəlik dünyada baş verən nadir xəstəliklərdən biridir. Hemolakriyanın əsas əlaməti gözlərdən yaş yerinə qan gəlməsidir. Qanlı göz yaşının gəlməsi gün ərzində 1-20 dəfə baş verə bilir.
Gözdən yaş yerinə qan gəlməsinin səbəbi müxtəlif növ şişlər, gözün bəzi xəstlikəri ola bilər deyə mütəxəssislər araşdırmalar aparırlar. Lakin tam sağlam adam da bu əlamətin ortaya çıxması onların fikirlərini qarışdırır.
Xəstəlik ən çox yeniyetmə və cavan şəxslərdə özünü biruzə verir. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Qadınlarda qanlı göz yaşının gəlməsi, aybaşı vaxtına təsadüf etdiyinə görə mütəxəsisslər onu endometriozla əlaqələndirirlər.
1991-ci ildə 125 könüllü üzərində gizli araşdırmalar aparılmışdır. Araşdırmaların nəticələrinə görə 18% doğmaq qabiliyyəti olan qadınların, 7% hamilələrin və 8% kişilərin göz yaşında qan heceyrələrinə rast gəlınmişdir.


Etiketlər:  Qanlı göz yaşları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ