Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2020 11:35
Heç vaxt belə olmamışdım. Azadlığa çıxanda sevinmişdim, amma bu qədər deyildi. Qəribə hisslər yaşayıram.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Fədayə Laçın "Bizimləsən" verilişinə virtual qonaq olarkən deyib. Moskvada yaşayan sənətçi proqrama zəng edərək Laçının işğaldan azad olmasından danışıb:
"Rəsmi bilinəndən sonra təbriklərin əlində qaldım. Laçının gəlişi mənə hər şeyi, həyatımı qaytardı. Orada necə xoşbəxt idik. Bakıya gəldik başımıza nələr gəldi. Elə bilirəm ki, Laçına qayıdanda həmin xoşbəxtliyim qayıdacaq. Oradan gələndə 12 yaşım var idi. Yenə oradakı kimi xoşbəxt olacam".