Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 16:18
ATƏT-in Minsk qrupu vasitiəçi qrupdur, Fransa həmsədr ölkə olaraq vasitəçi kimi çıxış etməlidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnaməsini şərh edərkən deyib.
O bildirib ki, son addımları ilə Fransa vasitəçilik hüququnu itirib. Fransa ilk növbədə prezident Emmanuel Makrondan canını qurtarmalıdır:
"Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq. Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. O dedi ki, Fransa erməniləri bu qədər sevirsə, Marseli ermənilərə versin. Mən də eyni şeyi tövsiyə edirəm".