Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Açıq havada da koronavirus aşkarlanıb - Bu saatlarda çölə çıxmayın

Açıq havada da koronavirus aşkarlanıb - Bu saatlarda çölə çıxmayın

Tarix: 4 Dekabr 2020 21:21

Açıq havada olan çirkli hissəciklər koronavirus daşıyıcısı ola bilər, buna görə də, açıq havada da yoluxma riski olduğundan maska taxılmalıdır.

Sonxeber.net xəbər verir ki, Türkiyə Torokal Cəmiyyətinin rəhbəri, professor Həsən Bayram bildiirib ki, öskürəndə, yüksək səslə danışanda və güləndə çıxan damlacıqlar ətrafa yayılaraq müəyyən bir müddət havada qalır. Bu zərrəciklər açııq havada da ola billər.

2010-cu ildə Tayvanda aparılan araşdırmada, səhrada toz fırtınaları zamanı hissəciklərdə A qripi virusu olduğu təyin olunub. İtaliyada aparılan bir araşdırmada isə tədqiqatçılar havanı çirkləndirən hissəciklərdə koronavirus aşkarlayıblar.

Çünki havadakı hissəciklərdə virusun olması xəstəliyin bu şəkildə yayıla biləcəyi şübhəsini artırır. Virus havadakı hissəciklərdə günəşə məruz qalanda və bir müddət sonra təsirini itirir, ancaq səthlərə yapışa, küləyin təsiri ilə yayıla da bilər.

İnsan 10 dəqiqə ərzində canlılığını itirməmiş həmin hissəciklərlə nəfəs alanda xəstəliyə yoluxa bilər. Xüsusilə insanların çöldə sıx olduğu zaman, avtobus dayanacaqlarında, parklarda yoluxmaların olması mümkündür.

Havada çirkliliyin səhər və axşam saatlarında sıx olduğunu bildirən professor bu ərəfədə maksimum çöldə olmamağı tövsiyə edib. /medicina.az


Etiketlər:  Açıq havada koronavirus aşkarlanıb saatlarda çölə çıxmayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ