Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ronaldo zehni baxımdan da ən yaxşı futbolçudur'' - Alleqri

''Ronaldo zehni baxımdan da ən yaxşı futbolçudur'' -  Alleqri

Tarix: 5 Dekabr 2020 09:36

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri komandanın futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis 35 yaşlı portuqaliyalı hücumçunu ən ağıllı oyunçu hesab edir:

"Zehni baxımdan ən yaxşı futbolçu Ronaldodur. Onu digərlərindən fərqləndirən budur. Ronaldo 5 dəfə "Qızıl top"u alıb. O, 5 dəfə də Çempionlar Liqasının qalibi olub və Avropa çempionatını qazanıb. Ronaldo həmişə oyuna və komandaya öz töhfəsini verir. Hər il özü üçün yeni bir hədəf qoyur".

Qeyd edək ki, Ronaldo 2018/19-cu illə mövsümündə Alleqrinin baş məşqçiliyi altında Turin təmsilçisində çıxış edib.


Etiketlər:  Ronaldo zehni baxımdan yaxşı futbolçudur Alleqri


RƏYLƏR