Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baltikyanı ölkələr arasında ən yüksək orta aylıq əməkhaqqına sahib ölkə

Baltikyanı ölkələr arasında ən yüksək orta aylıq əməkhaqqına sahib ölkə

Tarix: 6 Dekabr 2020 07:56

Cari ilin üçüncü rübündə Baltikyanı ölkələr arasında ən aşağı orta aylıq əməkhaqqı Latviyada qeydə alınıb. Ən yüksək orta aylıq əməkhaqqı Litvadadır, Estoniya isə ikinci yerdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Statistika Bürosu məlumat yayıb.

Bildirilir ki, üçüncü rübdə Baltikyanı ölkələr arasında ən yüksək orta aylıq əməkhaqqı Litvada olub. Bu ölkədə tam iş saatı üçün ödənilən orta aylıq əməkhaqqı 1455 avro təşkil edib. Litvada 2019-cu il yanvarın 1-dən etibarən işəgötürənlər və işçilər üçün məcburi dövlət sosial sığorta haqları dərəcələri dəyişdirilib.

Hesabat dövründə Latviyada aylıq əməkhaqqı 1147 avro, Estoniyada isə 1441 avro təşkil edib. 2019-cu ilin eyni rübü ilə müqayisədə Litvada orta aylıq əməkhaqqı 10,4 faiz, Latviyada 5,9 faiz, Estoniyada 3,2 faiz artıb.

Milli.Az


Etiketlər:  Baltikyanı ölkələr arasında ən yüksək orta aylıq əməkhaqqına sahib ölkə


RƏYLƏR