Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 08:04
Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer, COVID-19-a yoluxma nəticəsində bütün ölənlərin xatirəsinə ümummilli matəm tədbiri keçirməyi və bu tarixi gələcəkdə koronavirus qurbanlarının anım günü kimi qəbul edilməsi barədə təklif irəli sürüb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, onun təklifində memorialın inşa edilməsi də yer alıb. Almaniya Prezidenti buna, Vyanada vəba epidemiyasının qurbanlarının xatirəsinə ucaldılmış abidəni misal gətirib.
"Bir çox insanlar tənhalıqda ölür. Bu çox kədərlidir, çünki biz, cəmiyyətin bu dərəcədə yüksək tibbi və sosial müdafiə müqabilində belə təhlükələrə qarşı həssaslığını yenidən anlamağa başlayırıq. Yaxınlarımızın yanımızda olmağının vacibliyini indi hiss edirik", - deyə federal Prezident vurğulayıb.
Qeyd edək ki, hökumət Pezidentin koronavirus pandemiyası qurbanlarının anım gününün təsis edilməsi və xatirə abidəsinin inşasına dair təklifini dəstəkləyib.