Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabiq nazir: “Paşinyan xain damğasını üstündən atmağa çalışır”

Sabiq nazir: “Paşinyan xain damğasını üstündən atmağa çalışır”

Tarix: 6 Dekabr 2020 15:24

Nikol xain damğasını üstündən atmaq üçün özünə bəraət qazandırır. Buna görə də kreslosundan bərk yapışıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan "Facebook" səhifəsində yazıb.

"Nikol özünü sağa və sola köpüklü hirs qusan xarici ölkə agentlərindən daha az müdafiə edir (qorxu da qəzəblənməyə səbəb olur). İstəsəniz ona uğursuz, bacarıqsız, bisavad, psix və s. deyin. O, kefini pozmur. Qalmaq şansının olmadığını bilir. İndi məsələləri sırf tarix naminə həll edir.

Paşinyan tarixdə məğlub, uğursuzluq simvolu olaraq qalmağı qəbul edir, ancaq xain olaraq qalmaq istəmir. İndi vəzifəsindən bu problemi həll etmək üçün istifadə edir. Olmayacaq. Heç bir nəticə verməyəcək", - deyə sabiq nazir vurğulayıb.


Etiketlər:  Sabiq nazir Paşinyan xain damğasını üstündən atmağa çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ