Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 16:08
PSJ-nin idman direktoru Leonardo "Barselona"nın kapitanı Lionel Mesinin mövsümün sonunda Paris kubuna keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, "Canal +"a verdiyi müsahibədə bunları deyib:
"Başqalarına hörmət etməliyik. Messi "Barselona"nın oyunçusudur. Kiminsə bizim futbolçularımız haqqında danışmasını da sevmirik. Buna görə də başqa klubların oyunçularına da toxunmuruq.
İndi transfer pəncərəsi haqda düşünməyin zamanı deyil. Heyətimizdən çox məmnunuq. Mövsümün tamamlanması barədə düşünürük.
Qeyd edək ki, Messinin Kataloniya klubu ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.