Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moldovada hökumət əleyhinə etiraz aksiyası

Moldovada hökumət əleyhinə etiraz aksiyası

Tarix: 6 Dekabr 2020 17:54

Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandunun tərəfdarları bazar günü Kişinyovun mərkəzində hökumət əleyhinə etiraz aksiyasına çıxıblar.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onların məqsədi Nazirlər Kabinetinin istefasına nail olmaq və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməkdir.

Bundan əvvəl Sandu Moldova sakinlərinə müraciət edərək onları hökumət əleyhinə etiraz aksiyasına çıxmağa çağırmışdı. Onun fikrincə, Nazirlər Kabineti sanitar və iqtisadi böhranın öhdəsindən gələ bilmir. Əksər müxalifət partiyalarının liderləri də etirazda iştirak etməyə hazır olduqlarını bildiriblər.


Etiketlər:  Moldovada hökumət əleyhinə etiraz aksiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ