Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 07:36
Səhər yeməyindən əvvəl qəhvə içməyin orqanizmdə qan şəkərinin nəzarət mexanizminə mənfi təsir etdiyi ortaya çıxıb.
Sonxeber.net xəbər verir ki, İngiltərənin "Bath" universitetinin tədqiqatçıları narahat oyandıqdan sonra ac qarnına qəhvə içməyin maddələr mübadiləsinə etdiyi təsirini araşdırıblar.
Təqdiqatlarda 29 nəfərin üzərində təcrübələr aparılıb. 3 qrupa bölünən iştirakçıların birinci qrupuna rahat bir yuxudan sonra şəkərli içki verilib. İkinci qrup iştirakçılarına, yaxşı bir yuxunun qarşısını almaq üçün hər saat oyandıqdan sonra şəkərli bir içki verilib. Üçüncülərə isə, pis bir yuxudan sonra ilk olaraq tünd şəkərsiz qəhvə və yarım saat keçdikdən sonra şəkərli bir içki verilib. Daha sonra bütün iştirakçıların qan şəkərləri ölçülüb.
Tədqiqatlar nəticəsində pis yuxudan sonra qəhvə içməyin maddələr mübadiləsinə mənfi təsir göstərdiyi və bədənin qan şəkərini işləmə qabiliyyətinin yüzdə 50 azaltdığı məlum olub.
Araşdırmanın müəlliflərindən biri olan James Betts "Bunun qarşısını almaq üçün pis bir yuxudan sonra əvvəlcə səhər yeməyi yemək lazımdır. Daha sonra ehtiyac olarsa, qəhvə içə bilərsiniz", - deyə qeyd edib. (ölkə.az)