Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa buraxıldı

Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa buraxıldı

Tarix: 7 Dekabr 2020 17:28

İstanbul məhkəməsi Rusiyanın NTV televiziya kanalının jurnalistlərini həbsdən azadlığa buraxıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Baş Prokurorluğa sübutlar verildikdən sonra iki rusiyalı jurnalist sərbəst buraxıldı. Onlarla birlikdə bir Türkiyə vətəndaşı da nəzarətdən azad olundu", - deyə qeyd edilib.

Televiziya şirkətinin (NTV) mətbuat xidməti jurnalistlərin yaxın vaxtlarda Rusiyaya deportasiya ediləcəyinə aydınlıq gətirib:

"İlkin məlumata görə, yaxın vaxtlarda həmkarlarımız deportasiya olunmalıdır. Təfərrüatı dəqiqləşdiririk: rəsmi məlumatımız hələ yoxdur".

Xatırladaq ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə öz redaksiyalarına xəbər veriblər.


Etiketlər:  Türkiyədə həbs edilən əməkdaşları azadlığa buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ