Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda atışma olub

Ermənistanda atışma olub

Tarix: 7 Dekabr 2020 22:52

Dekabrın 7-də Yerevanda atışma baş verib. 

Day.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, paytaxtın Polis İdarəsinin Operativ İdarəetmə Mərkəzi məlumat yayıb. 

Hadisə Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında olub.

Polis əməkdaşları hadisə yerində avtomat və tapançadan atılan iyirmidən çox patron və üstündə qan izləri olan taxta dəyənək tapıblar. 

Hərbi universitetin daş hasarında da müvafiq izlər aşkarlanıb. Hazırda polis hadisəni törədənləri tapmaq məqsədilə bütün xəstəxanaları məlumatlandırıb. 

Faktla bağlı cinayət işi başlanıb.

"Sputnik-armenia"nın məlumata görə, baş vermiş hadisə nəticəsində güllə yarası alan Yerevan sakini, 29 yaşlı Gürgen P.-nin xəstəxanaya aparıldığı məlum olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.


Etiketlər:  Ermənistanda atışma olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ