Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 14:24
Bakı. Orxan Nəbiyev - Trend:
Böyük Britaniyanın Koventri şəhərində 90 yaşlı qadın ilk dəfə "Pfizer-BioNTech" vaksini ilə peyvəndlənib.
Trend-in məlumatına görə, kliniki sınaqlardan sonra ilk peyvəndləmə səhər saatlarında baş tutub.
Bu gündən etibarən Böyük Britaniyada qocalar evlərinin sakinləri, tibb və sosial işçilər və digər həssas qruplara daxil olan şəxslərin peyvəndləməsi başlayacaq.
Qeyd edək ki, Böyük Britaniya dekabrın 2-də "Pfizer-BioNTech" vaksinini kütləvi peyvəndləmə üşün qeydiyyata alan ilk ölkə olub. Bu ilin sonunadək həmin vaksinin Avropa İttifaqında və ABŞ-da qeydiyyata alınması gözlənilir.