Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 00:00
İranda nüvə-fizika alimi, ölkənin müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı bir neçə nəfər saxlanılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Hüseyn Əmir Abdollahian "Al-Alam" telekanalına bildirib.
"Bir qismi təhlükəsizlik xidməti tərəfindən müəyyən olunmuş və hətta saxlanılmış, qətlin həyata keçirilməsində iştirak edən şəxslər ədalətdən qaça bilməyəcəklər", - deyə Abdollahian verdiyi açıqlamasında qeyd edib.
Fəxrizadə noyabrın 27-də Tehran əyalətində sui-qəsd nəticəsində öldürülüb. Öldürülən alim İran Müdafiə Nazirliyinin nəzdindəki tədqiqat və yeniliklər təşkilatının rəhbəri olub və müdafiə nazirinin müavini vəzifəsində çalışıb.