Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 06:24
Bakı. Trend:
"Apple" şirkəti 2021-ci ildə kompüterləri üçün bir sıra yeni prosessorlar buraxacaq.
Trend-in məlumatına görə, bu barədə " Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, 2022-ci ilin əvvəlində şirkət öz istehsal etdiyi yeni 32 nüvəli prosessora əsaslanan peşəkar "Mac Pro" kompüterini buraxacaq.
Müvafiq çipin 2021-ci ilin sonunda elan edilməsi planlaşdırılır. "Apple" mühəndisləri MacBook Pro üçün nəzərdə tutulan 16 və 32 nüvəli prosessorların yaradılması üzərində də çalışırlar.