Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 14:56
Bakı. Zeyni Cəfərov - Trend:
Azərbaycan iqtisadiyyatı post-müharibə dövründən dayanıqlılıqla çıxır.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, hazırda Azərbaycanın maliyyə bazarının qarşısında böyük tapşırıqlar dayanıb və bu işlərin reallaşdırılması, eləcə də erməni işğalından azad edilmiş ərazilərdə investisiya proqramları iqtisadiyyata təkan verəcək və ölkənin iqtisadi potensialını daha artıracaq.
E.Rüstəmov əlavə edib ki, pandemiya və Vətən müharibəsinə baxmayaraq, ölkənin maliyyə sektoru cari ili yaxşı göstəricilərlə başa vuracaq.