Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balakəndə COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb

Balakəndə COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb

Tarix: 9 Dekabr 2020 15:57

Bakı. Samir Əli - Trend:

Balakəndə koronavirus infeksiyasına yoluxmuş ər və arvadın karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk etdikləri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Qullar kənd sakinləri - İlqar Taralov və Ruqiyyə Taralovaya COVID-19 virusuna yoluxduqları üçün evdə müalicə təyin edilib və sanitar-karantin rejimi qaydalarına riayət etmələri tapşırılıb. Lakin onlar qaydalara biganə yanaşaraq yaşadıqları ünvanları tərk etməklə ətrafdakıların da sağlamlığı üçün təhlükə yaradıblar. Həmin şəxslərin rayonun Gərəkli kəndi ərazisində olduqları müəyyən olunub və həkimlərin də iştirakı ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İ.Taralov və R.Taralova barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.


Etiketlər:  Balakəndə COVID xəstələri barəsində cinayət işi başlanılıb


RƏYLƏR