Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanlı hərbçilər Əsgəranda gəzirlər'' - Ermənilər təlaşda

''Azərbaycanlı hərbçilər Əsgəranda gəzirlər'' - Ermənilər təlaşda

Tarix: 10 Dekabr 2020 11:03

Əsgəran rayonundakı ermənilər böyük təlaşdadır.

Əsgəran rayon administrasiyasının "sədr müavini" Armen Manqasaryanın dediyinə görə, azərbaycanlı hərbçilər Əsgərana gəlir, burada rahatlıqla gəzirlər.

Əsgəranın "mer"i Hayk Şamiryan isə İrəvandakı "İravunk" qəzetinə verdiyi açıqlamasında deyib: "Azərbaycanlı hərbçilər Əsgəranın kəndlərindədir. Onlar dükanlara girir, ərzaq alırlar. Onları Xankəndidə də görüblər. Məsələn, o gün Azərbaycan nömrələri olan avtomobillər rusiylı sülhməramlıların müşayiəti ilə Əsgərandan keçdilər. Məncə, üçtərəfli bəyanatın şərtlərinə əsasən, onlar yolları açırlar".

Əsgəranın 8 kəndi işğaldan azad olunub. Əsgəran şəhərinin yaxınlığında isə hərbçilərimizin postlarıdır.


Etiketlər:  Azərbaycanlı hərbçilər Əsgəranda gəzirlər Ermənilər təlaşda


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ