Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 17:45
Biz bu hərbi yola baş vurarkən içimizdə bir hiss olub - qisas.
Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, polkovnik Ruslan imamquliyev Zəfər paradını şərh edərkən deyib.
Ekspert bildirib ki, 44 günlük bu döyüş, sadəcə, kommersional bir Silahlı Qüvvələrin döyüşü deyildi, bir hibrid döyüşü idi:
"Torpaqlarımız işğalda olub, bizim əsirlərimiz olub, Xocalı kimi üzqarası bir işğəncə soyqrım yaşamış bir millət olaraq həmişə bir qisas hissimiz olub. Bu qisas hissi, sadəcə, XXI əsrin zabitində deyil, XIX əsrdən bu tərəfə Azərbaycan xalqının hər bir fərdində olub. Çünki bizim yanımızda, başımızda bir şəkildə tarixi xəta olaraq yer, yurd verdiyimiz ermənilər istənilən dövlətin boyunduruğu altında olanda da, öz müstəqilliklərini elan etdikdən sonra da bizim torpaqlarımıza iddialı olublar, daha yeni torpaqlar işğal etmək həvəsində olublar. Və bu, bizim sadəlöhvlüyümüzdən olub. Bu gün 200 illik qisası almış, içindəki o yanğı bir qədər sakitləşmiş bir zabitin, bir vətəndaşın keçirdiyi duyğuları keçirirəm. Ancaq bütün bunlara baxmayaraq onların yeni bəyanatlar verərək təxribatlara baş vurması bir o qədər də o qisas daha sönməyib deyir, biz daha güclü olmalıyıq deyir.
Biz daha da qüdrətli olmalıyıq və daha da hazırlaşmalıyıq. Baxmayaraq ki, biz II Qarabağ savaşında zəfər əldə etdik, bu gün geriyə dönüb bir daha baxmalıyıq. Varsa, irili-kiçikli xətalarımızı aşkarlamalıyıq. Nöqsanların aradan qaldırılması üzərində planlar tərtib etməliyik, Silahlı Qüvvələrimizi daha da inkişaf etdirməliyik.
44 günlük bu döyüş, sadəcə, kommersional bir Silahlı Qüvvələrin döyüşü deyildi, bir hibrid döyüşü idi. Bu, o deməkdir ki, biz bütün sahələrdə özümüzü inkişaf etdirməliyik. Biz bütün strateji güc alətlərimizi daha inkişaf etdirməli və gələcək hibrid öyüşlərinə hazır olmalıyıq. Gələcəkdə ola biləcək təxribatların qarşısını almaq üçün risklər analiz olunmalıdır və onların əvvəlcədən qarşısı alınmalıdır.
Bu gün keçirdiyimiz bu hisslərə görə, bunu ancaq Ali Baş Komandanın ətrafında birləşmiş millət, ordu və dövlətin vəhdətinə borcluyuq, bunu biz şəhidlərimizə borcluyuq, bunu biz qazilərimizə, bunu biz şəhid, qazi analarımıza borcluyuq ki, bu da bizə yalnız xoş duyğular verə bilər.
Buna kimi I Qarabağ müharibəsi, Aprel döyüşləri də olmuşdu. Deyərdim ki, I Qarabağ müharibəsindən və Aprel döyüşlərindən dərs almış və döyüş sahəsində şücaətini göstərmiş, təcrübə keçmiş bir ordudan söhbət gedir. Bu təcrübə keçmiş ordu və ordunun sıralarındakı bu gün ən kiçik zabitlər belə gələcəyin sərkərdəsi olaraq artıq yetişməkdədir. Bu qısa fraqmental 44 günlük müharibə onları yetişdirdi, bu savaş bəlkə də 10 ildə onlara verilə biləcək təlimlərdən daha güclü təlimlər, vərdişlər qazandırdı. Məhz bu vərdişlər sayəsində biz gələcəkdə daha da yeni inkişafa üz tutmuş, daha da böyük, qüdrətli ordu görə bilərik".
Təhməz Əsədov