Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 14:55
2020-ci il dünyada yaddaşlarda daha çox pandemiya və qadağalarla qalıb. Amma buna baxmayaraq ilin ilk üç ayı toy edənlər də az olmayıb. Hətta təmtəraqlı məclisdən imtina edib, sadə nikahla həyatını birləşdirənlər də var.
Sonxeber.net axşam.az-a istinadən 2020-ci ildə ailə quran məşhurların siyahısını təqdim edir:
ATV-nin aparıcısı Fərid Rəsul bir neçə gün əvvəl evləndiyini açıqlayıb. O, toy etməsə də, sevdiyi xanımla rəsmi nikaha girib.
Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyeva ilin əvvəlində fitnes məşqçi Kənanla ailə qurub. Cütlük fevralda təmtəraqlıtoy etsə də, dekabrda ayrılıb. Onlar rəsmi olaraq boşanma üçün məhkəməyə müraciət ediblər.
Müğənni Sevda Yahyayeva bu il subaylıqla vidalaşanlar sırasındadır. O, həkim Zakir Bayramovla yayda nişanlanıb. Pandemiyaya görə toy edə bilməyən cütlük rəsmi nikaha girib. Onlar karantindən sonra böyük toy edəcəklərini söyləyiblər.
Bloqqer Mənsur Şərif də martda ailə qurub. O, toyuna az sayda məşhur sima dəvət edib.
Əməkdar artist Nüşabə Ələsgərlinin qızı Nigarın toyu pandemiyaya görə təxirə düşmüşdü. Bir müddət əvvəl isə sənətçi övladına Türkiyədə toy edib. Nigar Türkiyə vətəndaşı Doğanla nikah masasına oturub.
Xalq artisti Mələkxanım Əyyubova qızı Nəzrini nişanlasa da, toyu hələ təxirə düşüb. Üç dəfə toy tarixini dəyişən cütlük pandemiyanın bitməsini gözləyir.
Model Rüstəm Cəbrayılov ilin əvvəlində nişanlanıb. O, yaxın günlərdə toy etməyə hazırlaşdığını desə də, pandemiya planlarını məhv edib.
Bu ilin fevralında Xalq artisti Fidan Qasımovanın oğlu Fərid və Əməkdar artist Nahidə Orucovanın qızı Bilqeyisin toyu olub.
ATV-nin keçmiş aparıcısı, hazırda ABŞ-da yaşayan Elvira İsmayılovanın da ailə qurduğu öyrənilib. O, əcnəbi vətəndaşla bir neçə müddət əvvəl nikah masasına oturub.