Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qəbələ" "Vorskla"ya uduzdu

Tarix: 11 Iyul 2019 13:56

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə Ukrayna təmsilçisi “Vorskla” ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.  "Qırmızı qaralar"ın yeganə qolunu 41-ci dəqiqədə Ülvi İsgəndərov vurub.

Xatırladaq ki , "Vorskla" ötən mövsüm Premyer Liqani 7-ci pillədə tamamlayıb.

Qeyd edək ki, "Qəbələ" iyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib. Həmin görüşdə də Ü.İsgəndərov 1 qola  imza atıb.

11 iyul

12:00. "Qəbələ" - "Vorskla" - 1:3
Qol:
Ülvi İsgəndərov, 41

 


Etiketlər:  Qəbələ Vorsklaya uduzdu


RƏYLƏR