Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 13:48
"Ayaks" "Emyen"dən heyətinə qatdığı Kyell Şerpenin transferini qeyri-adi şəkildə ictimaiyyətə təqdim edib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna 19 yaşlı qapıçının hələ 11 yaşı olarkən sosial şəbəkədə Amsterdam klubu barədə yazdığı təhqirddici tvit səbəb olub. Həmin vaxtdan onunla “Ayaks”lı azarkeşlər arasında bir neçə dəfə problem yaşanıb.
Azarkeşlərin narazılığının qarşısını almaq üçün Amsterdam təmsilçisi əfsanəvi futbolçuları Edvin van der Sar və Mark Overmarsın təzyiqi ilə yeni futbolçusuna kağız üzərində "Ayaks" Hollandiyanın ən güclü klubudur" sözlərini yazdırıb və bunu videoya çəkərək ictimaiyyətə açıqlayıb.
Qeyd edək ki, "Ayaks" gənc qapıçı ilə 4 illik müqavilə bağlayıb.