Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlayn dərslər uşaqların psixi sağlamlığına təsir göstərir?

Onlayn dərslər uşaqların psixi sağlamlığına təsir göstərir?

Tarix: 13 Dekabr 2020 14:00

COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün psixoaktiv maddələr və addiktiv davranış sahəsində mütəxəssisi Vladimir Poznyak bəyan edib.

Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr COVID-19 pandemiyasının psixososial təsirinə qarşı xüsusilə həssasdır, çünki uşaqlıq və yeniyetməlik neyrobioloji, davranış və sosial inkişafın kritik dövrləridir.

"Yeniyetməlik dövründə həmyaşıdlarla qarşılıqlı əlaqə, onların təsdiqi və təsiri xüsusilə vacibdir. Fiziki uzaqlaşdırma tədbirləri və COVID-19-un ötürülməsinin qarşısını almaq üçün tətbiq olunan qadağalar uşaqların yaşıdları ilə qarşılıqlı əlaqə qabiliyyətini azaldır, bu da onların psixoloji sağlamlığına təsir göstərə bilər", - deyə Poznyak bildirib.

Onun sözlərinə görə, bir tərəfdən də fiziki uzaqlaşmanın bəzi mənfi təsirlərini rəqəmsal texnologiya azalda bilər.

"Gənclər, məsələn, videoçatlarda dostları ilə ünsiyyət qura və təhsillərini onlayn olaraq davam etdirə bilər, bu müddətdə evdə qalmaq valideynlər, bacı-qardaşlarla oyun və əlaqə imkanlarını genişləndirir".

Mütəxəssis bununla belə internet üzərində sosial ünsiyyətin müəyyən risklər daşıdığını vurğulayıb.

Poznyak yekunda bildirib ki, COVID-19 tərəfindən ortaya çıxan sosial qarşılıqlı dəyişikliklərin uşaqların və yeniyetmələrin inkişafına, onların psixi sağlamlığına uzunmüddətli təsiri araşdırılmalıdır.


Etiketlər:  Onlayn dərslər uşaqların psixi sağlamlığına təsir göstərir


RƏYLƏR