Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı və daha 16 şəhər-rayonda fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir

Bakı və daha 16 şəhər-rayonda fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir

Tarix: 14 Dekabr 2020 00:06

Bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək 5 şəhər və 12 rayonda hərəkət məhdudiyyəti tətbiq edilir.

Sonxeber.net bildirir ki,Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) vətəndaşların hərəkəti  məhdudlaşdırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.


Etiketlər:  Bakı daha şəhər rayonda fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları icazee govaz portalında qeydiyyatdan keçməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ