Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı və daha 16 şəhər-rayonda reysə bileti olanların aeroporta getməsinə icazənin ŞƏRTLƏRİ

Bakı və daha 16 şəhər-rayonda reysə bileti olanların aeroporta getməsinə icazənin ŞƏRTLƏRİ

Tarix: 14 Dekabr 2020 00:14

Bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə müvafiq qaydada icazə veriləcək.

Milli.Az bildirir ki,Nazirlər Kabinetinin qərarına əsasən, beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

Milli.Az


Etiketlər:  Bakı daha 16 şəhər rayonda reysə bileti olanların aeroporta getməsinə icazənin ŞƏRTLƏRİ


RƏYLƏR