Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənddən sonra immunitet nə vaxt yaranır? - AÇIQLANDI

Peyvənddən sonra immunitet nə vaxt yaranır? - AÇIQLANDI

Tarix: 14 Dekabr 2020 07:42

Dünyanın bəzi ölkələrində artıq əhalinin koronavirusa qarşı peyvənd olunmasına başlanıb.

ABŞ-ın baş infeksionisti, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN kanalının təşkil etdiyi müzakirə zamanı deyib ki, hazırda verilən əsas suallardan biri peyvənd olunan adamda virus əleyhinə immunitetin neçə günə yaranması haqdadır.

Sonxeber.net xəbər verir ki, Entoni Fauçi suala "Moderna" və "Pfizer"-"BioNTech" vaksinlərinin timsalında cavab verib.

Koronavirusa qarşı istər sınaqdan keçirilən, istərsə də tətbiqinə başlanan peyvəndlər sırasında ən uğurluları sayılan bu vaksinlərdən birincisini ABŞ-ın "Moderna" şirkəti istehsal edib, ikincisini isə ABŞ-ın "Pfizer" şirkəti ilə Almaniyanın "BioNTech" şirkəti birgə hazırlayıb.

Novator.az-ın məlumatına görə, Entoni Fauçi deyib ki, virusa qarşı tam immunitet vaksinin ikinci dozasını qəbul edəndən bir həftə-on gün sonra yaranır: "Haqqında danışdığımız hər iki vaksin - həm "Moderna", həm də "Pfizer"-"BioNTech" vaksini praym-bust strategiyasına əsaslanır, yəni birinci dozadan üç-dörd həftə sonra ikinci doza vurulur".

ABŞ-ın baş infeksionistinin sözlərinə görə, birinci doza vurulandan sonra insanda immunitet yaranır, ancaq bu, optimal variant deyil. Ona görə üç-dörd həftə sonra ikinci doza da vurulur və təxminən yeddi-on günə insanda optimal immunitet yaranır.

Entoni Fauçi qeyd edib ki, vaksinin təmin etdiyi müdafiə nə vaxtsa COVİD-19 infeksiyasına yoluxmuş şəxsdə əmələ gələn immunitet qədər güclü olur: "Vaksinə nəzər salsaq görərik ki, neytrallaşdırıcı anticisimlərin səviyyəsi və keyfiyyəti faktiki olaraq yoluxmuş və immun reaksiyası formalaşdırmış şəxslərin qan plazmasına bərabər, hətta ondan daha yaxşıdır. Bu, infeksiyaya qarşı təbii reaksiya qədər effektivdir".

2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası 196 ölkə, ərazi və məkanda 1 milyon 591 mindən çox adamın ölümünə səbəb olub. (publika.az)


Etiketlər:  Peyvənddən sonra immunitet vaxt yaranır AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ