Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yunanıstanda fövqəladə vəziyyət elan edildi

Yunanıstanda fövqəladə vəziyyət elan edildi

Tarix: 11 Iyul 2019 12:44

Bakı. Trend:

Yunanıstanın şimalındakı Xalkidiki yarımadasında kəskin hava şəraitinin səbəb olduğu fəsadlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, bölgədə ötən gecə tüğyan etmiş qasırğa altı nəfərin ölümünə səbəb olub. Bir nəfər itkin düşüb, yüzə yaxın şəxs xəsarət alıb.

Qasırğa nəticəsində çox sayda ağac qırılıb, yaşayış evləri dağılıb.

Yunanıstan hökumətinin nümayəndələri bölgəyə səfər ediblər. Hazırda qasırğanın fəsadlarının aradan qaldırılması davam edir.


Etiketlər:  Yunanıstanda fövqəladə vəziyyət elan edildi


RƏYLƏR