Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfeksiyalara yoluxma nəticəsində gözlərdə müxtəlif xəstəliklər yarana bilər

İnfeksiyalara yoluxma nəticəsində gözlərdə müxtəlif xəstəliklər yarana bilər

Tarix: 14 Dekabr 2020 23:15

Soyuq havalarda immunitet zəifləməsi nəticəsində bədənin həssas orqanı olan gözlər narahat olur və qızartı, qaşınma, sulanma, iltihab və şişkinlik kimi əlamətlər yaranır.

Sonxeber.net bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədovanın AZƏRTAC-a dediyinə görə, gözlərdə belə hallar daha çox payız-qış aylarında fəallaşan infeksiyalarla əlaqədardır: "Yaranan həmin əlamətlər müxtəlif infeksiyalara yoluxma nəticəsində baş verə bilər. Virus, bakterial və göbələk mənşəli infeksiyalar həmin xəstəliklərin yaranmasına səbəb olur. Xüsusən də payız-qış aylarında mövsümü qriplərin törətdiyi virus konyuktivitlər zamanı xəstələrdə həmin şikayətlər müşahidə oluna bilər".

Həkim-oftalmoloq qeyd edib ki, gözlərin gigiyenasına da xüsusi diqqət yetirmək, nəmləndirici göz damcılarından istifadə etmək lazımdır. Eyni zamanda, təkcə günəşli havalarda deyil, soyuq havalarda da şüalara qarşı qoruyucu eynəklərdən istifadə edilməlidir: "Gözlərdə mövsümü qriplərin törətdiyi fəsadlara daha çox rast gəlinir. Xəstələrdə olan həmin fəsadlar gözdə qızartı, qaşınma, sulanma, şişkinlik kimi əlamətlərlə büruzə verə bilər. Şəxsi gigiyena qaydalarına riayət etməyənlərlə təması məhdudlaşdırmaq və xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi həkimə müraciət etmək məsləhətdir. Xəstəliyə yoluxmanın qarşısını almaq üçün əllərin tez-tez yuyulması, şəxsi gigiyena qaydalarına riayət olunması, əllərin gözə, üzə və buruna toxunmasının qarşısı alınmalıdır".

Soyuq hava göz ətrafındakı damarların daralmasına da səbəb ola bilər. Göz infeksiyaları keçici olduğu üçün həmin xəstələrin dəsmal, kosmetik və digər vasitələrindən istifadə etmək olmaz.


Etiketlər:  İnfeksiyalara yoluxma nəticəsində gözlərdə müxtəlif xəstəliklər yarana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ