Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 07:52
"IDC" analitik şirkəti bu ilin dördüncü rübündə dünyada smartfonların satış həcminin ötən illə müqayisədə 24 faiz artacağını proqnozlaşdırır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 2021-ci ildə satış həcminin 4,4 artacağı gözlənilir. Bazarda artıma həm təchizat zəncirinin gözlənilməyən sürətli artımı, həm də istehsalçı və ticarət təşkilatları tərəfindən beşinci nəsil mobil rabitə standartını (5G) dəstəkləyən smartfonların stimullaşdırılması ilə bağlı görülən tədbirlər xidmət edir. Analitiklərin sözlərinə görə, karantin şəraitində istehlakçılar turizm, restoran və digər istirahət növləri üçün xərcləri müxtəlif malların, o cümlədən məişət texnikasının alışı ilə əvəzləyiblər.
Proqnoza görə, 2020-ci ildə "5G" dəstəkli smartfonların dünya miqyasında satış həcmi 10 faizə, 2024-cü ildə isə 29 faizədək artacaq. Əsas artım faktoru kimi onların qiymətinin "4G" dəstəkli smartfonlar səviyyəsinədək ucuzlaşması göstərilir - 2020-ci ildə "5G" dəstəkli smartfonların orta qiyməti 25 faiz azalaraq 611 dollar təşkil edəcək, 2024-cü ilədək 453 dollaradək azalacaq.
Analitiklərin fikrincə, istehlakçılar "COVID-19" pandemiyası şəraitində pula qənaət etməyə çalışsalar da, qiymətlərin qısamüddətli perspektivdə aktiv inkişafı və azalması bu amili qismən kompensasiya edə bilər.