Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaralansa da, döyüş yerini tərk etməyib - Şəhid Aqşin Ənvərlinin fədakarlığı - VİDEO

Yaralansa da, döyüş yerini tərk etməyib - Şəhid Aqşin Ənvərlinin fədakarlığı - VİDEO

Tarix: 15 Dekabr 2020 10:50

Vətən müharibəsində fədakarlıq göstərənlərdən biri də həkim Aqşin Ənvərlidir.

Bir çiynində silah, o biri çiynində isə tibb çantası olan qəbələli həkim Aqşin Ənvərli özü yaralansa da, döyüş yerini tərk etməyə razılıq verməyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Aqşin Ənvərli 1994- cü ildə Qəbələdə anadan olub.

Azərbaycan Tibb Universitetini əla qiymətlərlə başa vuraraq Naxçıvan şəhərinə həkim cərrah kimi işləməyə gedib. Döyüşlər başladıqdan sonra xüsusi təyinatlı döyüşçülərə tibbi yardım göstərmək üçün Füzuli şəhərinə yollanıb. Sonra Cəbrayıl, Qubadlı, Xocəvənd və Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib. Həmişə ön cərgələrdə olan, hər bir yaralının xilası üçün can atan bu gənci həmkarları savadlı həkim adlandırırdılar.

Qolundan üç yara alan və bir barmağını tamamilə itirən döyüşçü-həkimi geriyə təxliyə etmək istəyiblər. Lakin o, razı olmayıb.Yaralarını sarıyaraq yenidən döyüşə qatılıb. Son cəhdi yaralı komandiri xilas etmək olub, amma qəfil snayper gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə yüksəlib.

O, torpaqlarımızın azadlığı uğrundakı mübarizədə təkcə həkim kimi yox, həm də əsl döyüşçü kimi əlindən gələni edib. Ən böyük arzusu Şuşaya üçrəngli bayrağımızı sancmaq olub. İndi onun ruhu şaddır, çünki arzusu şanlı ordumuz tərəfindən yerinə yetirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Yaralansa döyüş yerini tərk etməyib Şəhid Aqşin Ənvərlinin fədakarlığı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ